İranla sərhədimiz tam açılır

31-10-2014, 10:19   
İranla sərhədimiz tam açılır

Tehran 9 il əvvəldən planlaşdırılan layihənin icrasına başlayıb
Azərbaycanla İran arasında fəailiyyət göstərən Biləsuvar sərhəd buraxılış məntəqəsinin yaxın vaxtlarda 24 saat ərzində fəliyyət göstərməsi üçün hazırlıq işləri gedir.

İran tərəfi bildirib ki, buraxılış məntəqəsinin fasiləsiz faəliyyət göstərməsilə İran Biləsuvarında azad iqtisadi zona yaradılacaq.

Qeyd edək ki, qarşı tərəf bu təcrübə ilə hələ 9 il əvvəl Azərbaycanla həmsərhəd olan Culfa bölgəsində 53 min hektar ərazini əhatə edən “Araz” azad iqtisadi zonasını yaradıb.

İqtisadi zonada fəaliyyət göstərən müəssələr isə 20 il müddətinə vergi və rüsumdan azad edilib. Sərhəd buraxılış məntəqəsinin fasiləsiz fəaliyyəti Azərbaycan tərəfi üçün də sərfəli olacaq. İlkin olaraq yeni qaydalar buraxılış məntəqəsindən qarşı tərəfə keçən sürücülər, piyadalar və fasiləsiz çalışacaq iaşə obyektlərinin sahiblərini daha çox sevindirir.

Biləsuvar gömrük idarəsinin rəis müavini Mirrafiq Mirsulatonovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Azərbaycan tərəfi buraxılış məntəqəsinin fasiləsiz faəliyyət göstərməsinə texniki baxımdan tam hazırdır. Qurum rəsmisi əlavə edib ki, axşam nöbəsində çalışacaq heyət tam təşkil olunana qədər, hələ ki, bura digər buraxılış məntəqələrindən ezam olunmuş işçilərin cəlb olunması gözlənir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.