Proses başladı: Yeni siyasi düzəndə heç kimə güzəşt olmayacaq

31-10-2014, 10:43   
Proses başladı: Yeni siyasi düzəndə heç kimə güzəşt olmayacaq

“Bugünkü dünyamızda qaydalar o qədər sərtləşib ki, onları pozan heç kəsə, hətta İsrailə də güzəştə gedilmir”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Ərəstun Oruclu öz Fesybuk səhifəsində çıxış edib.

O, bundan sonra da bir sıra Avropa ölkələrinin Fələstinin müstəqilliyini tanıyacağını bildirib:

“İsveç hökuməti Fələstin dövlətini tanıdı. Bir qədər əvvəl də Böyük Britaniya parlamenti ölkə hökumətinə bu dövləti tanımağı tövsiyə edən qərar qəbul etmişdi. Necə deyərlər, proses başlandı. Fələstin xalqının öz torpağında öz müstəqil dövlətinə malik olmaq hüququ var və bu hüquq həmçinin müxtəlif beynəlxalq qərar və qətnamələrdə də öz əksini tapıb. Fələstin xalqının dövləti olmaq haqqının reallaşdırılması uzun illər boyu geciksə də, bu gün bu, artıq faktdır və bir çox Avropa ölkələrinin Fələstin dövlətini tanıyacağı da qaçılmaz reallıqdır. Ümid edək ki, bu tanınma həqiqətən fələstinlilərin mübarizəsinin, tarixi ədaləti bərpa etmək istəyinin nəticəsidir və bunun arxasında başqa səbəblər dayanmır. Məsələn, Netanyahu hökumətinin yürütdüyü Rusiyapərəst və ya anti-Qərb siyasətinə cavab olaraq İsrailə tətbiq edilən sərt cəza deyil. Yox, əgər bu həqiqətən belədirsə, o zaman burdan ən azı iki nəticəyə gəlmək olar: 1) qəbul edilən qərarlar İsrail-ərəb münasibətlərini ancaq bir qədər də gərginləşdirəcək və bölgədəki onsuz da mürəkkəb geosiyasi, hərbi-siyasi böhranı daha da dərinləşdirəcək; 2) bugünkü dünyamızda qaydalar o qədər sərtləşib ki, onları pozmaq heç kəsə, hətta İsrailə də güzəştə gedilmir. Məncə, ikinci bənd üzərində bizim külli-ixtiyar sahibləri də ciddi-ciddi düşünsələr pis olmaz”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.