Stalinin nəşi ətrafında qalmaqal: - O, hardadır?

31-10-2014, 15:20   
Stalinin nəşi ətrafında qalmaqal: - O, hardadır?


Stalin Mavzoleyə qayıda bilərmi?

50 il əvvəl, 1961-ci il oktyabrın 31-də “şəxsiyyətə pərəstiş” əleyhinə başlayan mübarizə zamanı Stalinin cəsədi Mavzoleydən çıxarılıb və Kreml divarı yaxınlığında basdırılıb.

Stalinin cansız bədənini Mavzoleyə aparmaq texniki olaraq nə qədər mümkündür? Mütəxəssislərin fikrincə, bu, ən yaxşı halda mumiyalanma prosesindən sonra həyata keçirilə bilər.

Axı bu kimə lazımdır?

Hazırda Stalinin cəsədinin mumiyalanması üçün hazırlanan laboratoriya 1974-cü ildə hökumətin qərarı ilə tikilib. Təxminən 1994-cü ilə qədər Stalin və həmin dövr haqqında əldə olunan bütün məlumatlar tam məxfi saxlanılıb. Hətta indi arxivi araşdırsaq həmin məlumatları da tapmayacağıq. Sözügedən dövr haqqında bütün məlumatları sadəcə Siyasi Büronun üzvləri bilib.

Stalinin həyatı, ölümü və ümumiyyətlə, o insan haqqında bütün məlumatlar əbədi olaraq sirrdir.

Mavzoleydə yenidən canlanma

Mavzoley rəsmiləri, “Bizə qədər iki nəsil alim mumiyalanma prosesinə həyatını həsr edib, ona görə biz onlardan qalan mirası məhv edə bilmərik. Baxmayaraq ki, hazırda bizim maddi imkanlarımız məhduddur, lakin bu işi gənc, istedadlı insanlar ruh yüksəkliyi ilə davam etdirmək istəyir” deyib.

Leninin dəfni

Yəqin ki, Putin başa düşür ki, heç kim Leninin cəsədinə toxunmayacaq. Vaxt keçdikcə digər nəsillər bu məsələni başqa cür həll edəcək. Lakin indi heç kim Leninə toxunmur. O, hələ də bir çox ölkələr və ümumilikdə dünya üçün kiçik ziyarətgah hesab olunur.

Jirinovski Leninin dəfni ilə bağlı, onun da İsa kimi dəfn olunduğunu bildirib:

“Gəlin baxaq... İsa İncil qaydası dəfn edilib. Daha sonra Lenin Mavzoleydə dəfn edilib”. Həmçinin Jirinovski “Ümumdünya yalanı” kitabında, “Stalin Lenini İsa kimi dəfn etməyə qərar verib. Ona görə də Lenin xristian adət-ənənsi ilə torpağa tapşırılıb. Bir həqiqət də var ki, onun dəfn mərasimi daha təntənəli formada keçirilib, hətta xüsusi daş sərdabədə dəfn edilib” – deyə qeyd edib. Və budur, sonra Jirinovski dediklərini təkzib edir və Leninin əslində xristian dininə uyğun olmayan şəkildə torpağa verdilyini deyir:

“Lenin dininə inanmırdısa, deməli, onun dəfn mərasimi də xristian qaydalarına uyğun deyil”.

Gizli zirzəmi

Yazının əsasını təşkil edən həmin hissəni qeyd edirəm:

“1961-ci ildə heç bir rəsmi qanun olmadan, referendumsuz Mavzoleydən çıxarılan Stalinin cansız bədənini yenidən Mavzoleyə qaytarmaq nə dərəcədə mümkündür?”

Əslində bu sualın cavabı birmənalı deyil. Çünki hazırda cəsədin hansı formada olduğunu bilmirik. Heç indiyə kimi onun Yer kürəsində olduğu belə məlum deyildi. Meyitin qəbirdə hansı temperaturda, hansı şəraitdə saxlanıldığı bilinmir. Belə bir sual da var ki, onu dəfn edərkən qəbir necə qazılıb və oradakı gizli zirzəmi necə tikilib? Həmçinin unutmayaq ki, prinsip etibarilə hər şey çürüyür, hətta mumiyalanmış olsa belə, cəsədin çürümək ehtimalı var. Amma bütün bunlar sadəcə fərziyyələrdir.

Gizli gecə

31 oktyabr 1961-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının qurultayının XXII işinin son günündə Stalinin cəsədinin başqa yerə daşınması haqqında təklif irəli sürülür. Təklif dəyərləndirilir və Leninin vəsiyyətlərində Stalin haqqında yazdıqlarına nəzər salınır. O, Stalinin hakimiyyət qaydalarını pozduğunu, sui-istifadələri, şəxsiyyətə pərəstiş dövründə dürüst sovet insanlarına qarşı kütləvi repressiyaları və s. qeyd edib. Beləliklə, Mavzoleydə onun meyitinin saxlanılmasının qeyri-mümkün olduğuna qərar verilir.
Stalinin qəbrinin dəyişdirilməsi təbii ki, günün günorta vaxtı həyata keçirilməyib. Bunun üçün xüsusi gizli əməliyyat təşkil edilib və gecə yarısı cəsəd Mavzoleydən çıxarılıb.
Şəxsiyyətə pərəstişlik tənqid ediləndən sonra məşhur yazıçı M.Şoloxov Stalin şəxsiyyətinə pərəstiş haqqında “Hə, həqiqətən də pərəstiş var idi... Amma şəxsiyyət də var idi!” deyib.
Daha ətraflı: http://atvxeber.az/news/interesting/3302-stalinin-meyiti-etrafinda-qalmaqal#.VFNob1U-vPk.facebook
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.