Azərbaycanda sayğaca müdaxilə halları aşkarlandı

31-10-2014, 15:50   
Azərbaycanda sayğaca müdaxilə halları aşkarlandı
İtirilmiş elektrik enerjisinin 16,6 min manatdan çox istehlak dəyəri bərpa edilib



Azərbaycan Bu ilin 9 ayı ərzində keçirilmiş reydlər zamanı 150 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilib.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 276,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 16,6 min manatdan çox istehlak dəyəri bərpa edilib.

Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 73 faizdən artıq hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə edilən bildirilir ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil edib və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.