Qazaxıstan Ukraynada döyüşçülərinin olmasını etiraf etdi

31-10-2014, 15:59   



Qazaxıstanın Baş Prokurorluğu Ukraynanın cənub-şərqində silahlı qarşıdurmada iştirak etmək üçün fərdi vətəndaşların gedişi haqqında məlumata sahibdir.

bu barədə “Novosti Qazaxıstan” məlumat yayıb.

Məlumatda Qazaxıstan Baş Prokurorluğunun hərbi əməliyyatlarda iştirak etmək üçün ölkəni tərk etmək istəyən Qazaxıstan vətəndaşlarına cinayətdən kənar durmaları barədə xəbərdarlıq edildiyi bildirilir. Əks halda, Qazaxıstan Cinayət Məcəlləsinə əsasən, muzdluları yeddi il həbs gözləyir, təşkilatçılar isə ömürlük azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, sentyabr ayında Qazaxstan Müdafiə Nazirliyi qazax hərbçilərinin Ukraynaya göndərilməsi məlumatını təkzib etmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.