Noyabrın 15-i son vaxtdır

31-10-2014, 16:08   
Noyabrın 15-i son vaxtdır
Bu tarixdən maşınlara pərdə və plyonka vuranlar cəzalandırılacaq



Növbətçi Azərbaycanda avtomobillərin pərdə və plyonka ilə idarə edilməsi noyabrın 15-də qadağa qoyulacaq.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin verdiyi məlumata görə, standarta uyğun olaraq gələn ayın 15-də maşınlarda gündən qoruyan vasitələrdən istifadəyə icazə verilməyəcək.

“Düşünürəm ki, sürücülə qayda-qanunlara əməl edəcəklər. Artıq günəşli hava olmadığı üçün indidən sürücülər maşınlarındakı plyonka və pərdələri yığışdıra bilərlər”, - deyə Kamran Əliyev bildirib.

Qurum rəsmisi deyir ki, noyabrın 15-dən sonra hansısa maşında plyonka və pərdə aşkarlanarsa ciddi tədbir görüləcək.

Qeyd edək ki, Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin verdiyi qərar əsasında, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq, bu ildən etibarən hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.