Azərbaycanda “yas mafiyası” ehsan israfçılığına qarşı mübarizə tədbirlərinə müqavimət göstərir.
son bir həftə ərzində müşahidə olunan proseslər, çıxışlar bu mənzərənin yarandığını göstərir.
Bu həftə ərzində yas məclislərində ehsan israfçılığına son qoyulmasına yönəlik fikirlər, müxtəlif şərhlər, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ittiham olunması, icra hakimiyyətlərinin tənqid edilməsi məhz qadağanı aradan götürməyə hesablanıb.
Məlumata görə, “yas mafiyası” israfçılığın davam etməsində maraqlıdır. Çünki geniş biznes mənbəyi olan bu sahədə milyonlar dövr edir; ehsan süfrəsi, VİP çadırlar, çeşidli yeməklər vətəndaşı müflis edir, şəbəkə isə qazanır.
Qeyd edək ki, DQİDK sədri Mübariz Qurbanlı ehsan qadağası olmadığını, sadəcə, bunun tövsiyə xarakteri daşıdığını bildirib. Bu, vətəndaşın ilk növbədə özünə xeyirdir. Ancaq bəzi yerlərdə inzibati müdaxilələr olunur ki, bu da “yas mafiyası”nın fəallaşmasına şərait yaradıb.