Leninin ruhu ilə ünsiyyətə girən, UNO görən azərbaycanlı (FOTO)

31-10-2014, 17:04   
Leninin ruhu ilə ünsiyyətə girən, UNO görən azərbaycanlı (FOTO)
SSRİ-nin ilk rəsmi milyonçu azərbaycanlısı bütün sərvətini kimə qoyub?
Müəllif
Zülfiyyə QurbanovaBaxılıb
56Kateqoriya
Adam Içində Bu yaxınlarda dünyasını dəyişən SSRİ-nin ilk rəsmi milyonçu azərbaycanlısı kimi tarixə düşmüş Cənnət Əliyev Salman oğlu haqqında maraqlı faktlar üzə çıxıb. ANS PRESS-in məlumatına görə, ömrünün son 25 ilini parapsixologiyaya həsr edən C.Əliyev paranormal hadisələrin tədqiqatçısı, parapsixoloq-şəfaverici kimi Rusiyada çox məşhur olub.

Cənnət Əliyev həqiqəti axtarmaq üçün yola çıxaraq bütün dinləri araşdırır. Bu məqsədlə Krişna cəmiyyətinə, kilsəyə üz tutub və sonda İslam dininin ucalığının və hikmətinin qarşısında təslim olub. 20 il ərzində bütün dini və şeytani cərəyanlara üzv olaraq şamanizm, sufilik, yoqa və digər cərəyanlara üzv olub. Cənnət Əliyevin bu yaşam tərzini çoxları anlamadığından dəfələrlə təzyiqlərə məruz qalır.

O öz vəsaiti hesabına Rusiyada Həzrət Abbas məscidini tikdirib. 1997-ci ildə Əli ibn Əbu Talibin qılıncı "Zülfüqar"ın rəmzi istehsalına başlayıb, hər birini təmənnasız olaraq insanlara, səfərə getdiyi ölkələrin rəhbərlərinə bağışlayıb.

(Bu videoda onun hazırladığı dünyanın ən böyük Zülfüqar qılıncını görürük)
[media=http://www.youtube.com/watch?v=myxtFsZiI9E]

UNO görən milyonçu

1989-cı ildən öz təşəbüsü ilə paranormal hadisələrin araşdırılması fəaliyyətinə başlayıb. 2001-ci ildə parapsixoloq diplomu alıb. Uçan Naməlum Obyektlər (UNO) görmüş insanlarla görüşüb və özü də 2005-ci ildə Sverdlovskidə UNO ilə rastlaşdığını elan edib. 2005-ci ildə Leninin ruhu ilə əlaqəyə girmək üçün Ulyanovskidəki evində olub. 2010-cu ildə isə ona Moskvada Ümumdünya psoxoloqlar və xalq təbabəti Konqresinin fəxri diplomu təqdim edilib.

C.Əliyev Qarabağ müharibəsində ordumuza külli miqdarda vəsait ayırıb. Bütün varidatını Xocalı soyqırımından sağ çıxan balaca bir qızcığaza bağışlayıb.

Hələ 1989-cu ildə Sverdlovskidə "Təbriz" adlı ansambl yaradıb. Özünün müəllifi olduğu “Təbriz” mahnısına SSRİ-nin ən bahalı klipini çəkdirib. SSRİ vaxtı pələnglə döyüşünü əks etdirən klip çəkdirib. Bu klip Cənnət Əliyevə çox baha başa gəlmişdi. Cənnət Əliyevin "Təbriz"mahnısı o dövrdə bütün vətənsevərlərin ruhuna ayna tutaraq bu müdhiş hərəkata ən böyük təkanı verdi.
[media=http://www.youtube.com/watch?v=m5wV9I3H6O0]




Ruhlar dünyası

"Araşdırmalarımın nəticəsində bu qənaətə gəldm ki, yaşadığımız dünyanın xaricində həqiqətən də ruhlar dünyası var. Bəli, bu mif deyil, reallıqdır". Cənnət Salmanov paraməntiq elmini yaradıb. "Düzgün məntiqi təfəkkür bərpa olunduqda, düzgün qan dövranı və özünəməxsus bio-kompüter olan beynin normal fəaliyyəti bərpa edilir. Heç bir pis niyyətli ruh məntiqi təfəkkürü pozmadan, insanın şüuruna sahiblənə bilməz. Belə hadisələrin öyrənilməsinə kömək edən məntiqi paraməntiq adlandırıram".





Xatırladaq ki, Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Naxçıvanın Şahbuz rayonunun Keçili kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji, Xalq Təssərrüfatı İnstitutunu, habelə Sverdlovsk Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovskda polis orqanlarında işləyib. Yenidənqurma illərində bizneslə məşğul olmağa başlayaraq, qısa müddətdə uğur qazanıb və SSRİ-nin ilk milyonçusu kimi tanınıb.

1994-cü ildə Kalmıkiya prezidenti Kirsan İlumijanovun Yaxın Şərq və Ərəb ölkələri üzrə nümayəndəsi təyin edilib. Bir çox ərəb ölkələrində səfərlərdə Səddam Hüseyn, Bəşər Əsəd hakimiyyətləri ilə görüşləri olub.

Cənnət Salman oğlu cavanlğında hüquq-mühafizə orqanlarında çalışıb. İşdə haqslızlıqla qarşılaşdığından dəfələrlə rəhbərliyə tabe olmur və nəhayət milis orqanlarından qorunur. Bundan sonra biznes fəaliyyətinə başlayır və qısa müddətdə milyonçu olur. Onun Rusiyada biznesmen fəaliyyəti çoxşaxəli olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.