Maskalı quldur evə basqın etdi:16 yaşlı qız bıçaqlandı

31-10-2014, 19:47   
Maskalı quldur evə basqın etdi:16 yaşlı qız bıçaqlandı

Sabirabad rayon sakini evə basqın edərək ailə üzvünə xəsarət yetirib və qızıl-zinət əşyalarını oğurlayıb.
Sabirabad Rayon Polis Şöbəsindən APA- ya verilən məlumata görə, rayonun Axıska kəndində yaşayan Şıxəliyev Zaur Heybəli oğlu polisə ərizə ilə müraciət edərək bildirib ki, onun evinə üzündə maska olan naməlum şəxs basqın edib.
Ərizədə qeyd edilib ki, evə quldur basqını edən naməlum şəxs qızı - 1998-ci il təvəllüdlü Fidan Şıxəliyevanı bıçaqla hədələyərək xəsarət yetirib və daha sonra qızıl-zinət əşyalarını götürərək gedib.
Sabirabad Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxsin Sabirabad rayonunun Surra kənd sakini, 1973-cü il təvəllüdlü Səmədov Namiq Səmid oğlu olduğu məlum olub. Quldur basqını etmiş şəxs yaxalanarkən ondan oğurluqda istifadə etdiyi alətlər - bıçaq , balta, maska, əlcək və yapışdırıcı, oğurlanmış qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb. Evdən oğurlanan 230 manat dəyərində qızıl əşyaları geri alınıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.