Birinci sırada 8 milyard dollar sərvətlə Koç ailəsi yer alıb
Dünyanın nüfuzlu Ekonomist jurnalı Türkiyənin ən zəngin 100 ailəsinin adını açıqlayıb.
ANS PRESS-in məlumatına görə, jurnalda dərc edilən məqalədə ən varlı 100 ailənin banklardakı hesabları, və ümumilikdə sərvəti qeyd olunub.
Türkiyənin ən varlı 100 ailəsindən 10-nu sizə təqdim edirik:
Birinci sırada 8 milyard dollar sərvətlə Koç ailəsi yer alıb. Bu ailənin eyni adlı holdinqi var.
II sırada 7-8 milyard dollarla Şahenk Ailəsi qərarlaşıb. Doğuş Holding bu ailəyə məxsusdur.
III sırada 6 - 7 milyard dollar sərvətlə Şövkət Sabancı və ailəsi gəlir. Esas Holding bu ailəyə məxsusdur.
IV sırada 6 - 7 milyard dollar sərvətlə Erol Sabancı və ailəsi qərarlaşıb. Sabancı Holding Erol Sabancıya məxsusdur.
V sırada 6 - 7 milyard dollarla Türkan Sabancı və ailəsi qərarlaşıb. Bu ailənin holdinginin adı S.Sabancı adlanır.
VI sırada 6-7 milyard dollar sərvətlə Tara Ailəsi yer alıb. Enka Holding bu ailəyə məxsusdur.
VII sırada 6 - 7 milyard dollar sərvətlə Eczacıbaşı Ailəsi gəlir. Ailənin eyni adlı holdinqi var.
VIII sırada 6 - 7 milyard dollar sərvətlə Yazıçı ailəsi qərarlaşıb. Anadolu Qrupu bu ailəyə məxsusdur.
IX sırada 4 - 5 milyard dollar sərvətlə Hüsnü Özyeğin yer alıb. FIBA Holdinq bu iş adamına məxsusdur.
X sırada Doğan Ailəsi qərarlaşıb. Doğan ailəsinin sərvətinin həcmi 4-5 milyard dollar səviyyəsində qitymətləndirilir. Ailənin eyni adlı holdinqi var.