Erməni Daşnak Partiyası (Ermənistan İnqilabçı Federasiyası) qondarma erməni soyqırımının 100 illiyində Türkiyədən torpaq tələb edib.
ABŞ-ın Montebello şəhərində təşkil olunan yığıncaqda partiya nümayəndələri Van, Bitlis, Ərzurum, Trabzon, Qars və Ərdəhanın Ermənistana verilməsini Türkiyədən tələb edib.
Daşnak partiyasının Qərbi Amerika Bürosu 49-cu regional Konqresdə bəyanat qəbul etdiklərini, bunun üçün partiyanın fəaliyyət planının təsdiq edildiyini bildirib.