Rusiya Pleseçk kosmodromunda “Topol-M” qitələrarası raketinin sınağını keçirib.
bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
“Noyabrın 1-i saat 9:20-də Pleseçk aerodromunda qitələrarası RT-2PM2 “Topol-M” raketinin sınağı həyata keçirildi. Bu sınaq “Topol-M” raket kompleksinin döyüş tapşırığına hazır olduğunu, eləcə də hədəfi yüksək dəqiqliklə vura bilmək qabiliyyətinə malik olduğunu bir daha sübut etdi. Raket Kamçatka yarımadasındakı poliqonda şərti hədəfi məhv edib”, - Müdafiə Nazirliyinin rəsmisi İqor Yeqorov deyib.