Konqoda insanlar intiqam aldıqları düşmənlərinin ətini dişinə çəkirlər
[media=http://www.youtube.com/watch?v=nC8V4hZxbR4]
“Reuters” agentliyinin məlumatında deyilir ki, Konqo Demokratik Respublikasının şimali-şərqindəki Benin şəhərində kütlə gənc oğlanı daşqalaq edib. Daha sonra isə cəsədi oda verərək, yeyiblər. Bu barədə şahidlər agentliyə bildiriblər. Bu akt isə Uqanda üsyançılarından intiqam almaq məqsədi ilə həyata keçirilib.
Bu hadisədən öncə isə “ADF-NAUL” adlı islamçı qrup həmin ərazidə gecə reydləri həyata keçirib və balaca balta və uzun bıçaqla silahlanmış “islamçılar” 100 nəfərdən artıq insanı qətl ediblər.
Daşqalaq edilərək öldürülmüş, sonra isə cəsədi oda verilərək yeyilmiş gənc avtobusda olarkən sərnişinlər müəyyən ediblər ki, o, yerli Savali dilini bilmir, üstəlik, onun üzərindən “ADF-NAUL” islamçı qrupunun insanları qətl etmək üçün istifadə etdiyi uzun bıçaq çıxıb.
Beni şəhərində çıxış edən ölkə prezidenti Cosef Kabila bildirib ki, “ADF-NAUL” islamçı qrupunu da “M23”ün taleyi gözləyir. “M23” üsyançıları isə BMT-nin yerli hökumətə dəstəyi ilə ötən il məhv edilib.
“Terrorçularla hər hansı bir danışıqdan söhbət gedə bilməz. Onlar da “M23” kimi məhv ediləcəklər. Özü də tezliklə.”, prezidend Kabila yerli hoteldə jurnalistlərə bildirib.
Agentlik bildirir ki, “ADF-NAUL” islamçı qrupu Uqandada hökumətə müxalif olan qrupla müttəfiqdir. Onların Konqoda gizli bazaları var və 2005-ci ildən bu kimi cinayətlər törədirlər.
Ölkədə gərginlik cümə günü səhər erkən başlayıb. 100 nəfərə yaxın mitinq iştirakçısı uzun bıçaqlarla silahlanaraq hava limanından şəhərə gələn yolu kəsiblər. Və tələb ediblər ki, hökumət üsyançılara qarşı ciddi tədbirlər həyata keçirsin.
BMT-nin yerli müşahidəçilərinin rəyinə görə, “ADF-NAUL” qrupunun beş yüzdən artıq döyüşçüsü var. Onlar Somalidəki “əl-Qaidə”yə bağlı “əl-Şabab” islamçı hərəkatı ilə müttəfiqdir.