Rusiya qırıcıları NATO-nu bezdirib

1-11-2014, 12:47   

Amerikalı general Rusiyadan konkret addımlar gözləyir
Son günlərdə Rusiya qırıcılarının NATO-nun nəzarətində olan hava məkanına soxulması barədə çoxsaylı xəbərlər yayılmaqdadır. Və Rusiyaya yönəlmiş xəbərdarlıqlarda getdikcə daha kəskin ifadələr yer alır. “Agence France-Presse”in yaydığı bu xəbərdə də məsələyə toxunulub. Agentlik bildirir ki, ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, Rusiya qırıcılarının Avropanın hava məkanına soxulması gərginliyi artırır və təhlükə potensialını yüksəldir.
Admiral Con Kirbi isə bildirib ki, ABŞ Rusiyanın bu kimi uçuşarını “yaxından izləməkdədir. Biz düşünmürük ki, uçuşların bu kimi artımı və bu kimi fəaliyyət Avropanın təhlükəsizliyi üçün xeyirlidir”.
Generalın fikrincə, bu kimi uçuşlar mülki təyyarələrin uçuşlarına da təhlükə yaradır.
Agentlik bildirir ki, NATO Rusiya uçaqlarının Baltik və Şimal dənizlərində, eyni zamanda Atlantik okeanında uçuşlarının monitorinqin keçirir.
Handout photo of a Russian Tupolev Tu-95 strategic bomber refuelling over an unknown location during a military exercise
General bildirir ki, qırıcılarla yanaşı, uzun məsafələr qət edə biləcək bombardmançı təyyarələr və havadaca qırıcıları yanacaqla təmin edə biləcək təyyarələr də müşahidə olunmaqdadır: “ABŞ istərdi ki, Rusiya bu kimi uçuşların azaldılması ilə bağlı konkret addımlar atsın”.
NATO isə deyib ki, bu həftə Rusiya Avropanın hava məkanında irimiqyaslı uçuşlar keçirib.
NATO-nun yeni Baş katibi, Norveçin sabiq Baş naziri Yens Stoltenberqin sözlərinə görə, alyans Rusiyanın uçuşlarını ayıq-sayıq vəziyyətdə izləməkdədir.
Agentlik qeyd edir ki, Rusiyanın havadakı fəallığı Ukraynada həyata keçirdiyi işğaldan sonra daha da yüksəlib. NATO bu işğalı etirazla qarşılayıb və bildirib ki, Soyuq Müharibədən sonra NATO ölkələri ilk dəfədir ki, bu həddə təhlükə ilə üzləşir.
NATO-nun məlumatında deyilir ki, 2014-üncü ildə Rusiya qırıcıları 100 dəfədən artıq aşkar edilərək, hava məkanından qovmalı olublar. Bu, 2013-cü illə müqayisədə üç dəfə çoxdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.