Hadisə Suriyanın Rakka şəhərində baş verib
Özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatı bu dəfə yeniyetmələri edam edib.
hadisə Suriyanın Rakka şəhərində baş verib. Ortaya çıxan fotolarda İŞİD-in 3 nəfərin qılıncla başlarını kəsərək edam etdiyi əks edilib.
Edam olunanların Allaha küfr etdikləri üçün cəzalandırıldığı deyilir. Görüntülərdən aydın olur ki, üç yeniyetmə kütlənin toplandığı meydana gətirilir. Daha sonra 3 nəfər edam üçün xüsusi olaraq hazırlanan kötüyün yanında dayanırlar və onlardan başlarını kötüyə qoymaları istənilir.
İŞİD-in "şəriət məhkəməsi" tərəfindən alınan qərara əsasən, gözləri bağlı yeniyetmələrin edamını gerçəkləşdirir.
Qeyd edək ki, 3 edam üçün 3 ayrı cəllad və ayrı-ayrı qılınclardan istifadə edilib.