Azərbaycanlı alimdən ŞOK İDDİA: "Ölümsüzlüyün sirrini tapmışam"

1-11-2014, 14:22   



Azərbaycanlı alim, Nyu-York Akademiyasının həqiqi üzvü Eldar Qasımov elmdə inqilabi kəşf etdiyini iddia edib. Lent.az-ın “anspress”ə istinadən verdiyi xəbərə görə, Moskvada yaşayan E.Qasımov hüceyrədə baş verən ATF-in əmələgəlmə prosesinin elmə məlum olduğu formada deyil, fərqli şəkildə baş verdiyini deyib. Onun sözlərinə görə, onun kəşf elədiyi prosesi tətbiq edərək gələcəkdə insan orqanizmində yaranan müxtəlif xəstəliklərin dərmanının tapılması yolunda irəliləyiş əldə etmək mümkündür.
Azərbaycanlı alimdən ŞOK İDDİA: "Ölümsüzlüyün sirrini tapmışam"
Biofizik alim hüceyrədə ATF-in yaranmasının fərqli formasını tətbiq edərək insan ömrünü uzatmağı və insanın daim cavan saxlamasına nail olmağın mümkün olduğunu bildirib.

Qasımov Eldar Əliş oğlu 5 iyun 1960-ci ildə Azərbaycan SSR-nin Gədəbəy rayonunun Orconikidze (indiki Nəriman) kəndində anadan olub. E.Qasımov 1967- 1977-ci illərdə Orconikidze kənd orta məktəbində oxuyub. 1977-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olub. 1980-ci ildə Leninqrad Dövlət Universitetinə köçürülüb və buranı 1983-cü ildə bitirib. 1983-cü ildən 1984-cü ilə kimi Azərbaycan SSR-nin Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib. 1984-cü ildən 1985-ci ilə kimi SSR-nin Kimya Fizika İnstitutunda təcrübə keçib. 1985-ci ildə SSR-nin EA-nın KFİ-da V. İ. Qoldan Akademiyasının biofizika fakültəsinin aspiranturasına qəbul olub. 1988-ci ildə RNT-nin strukturu və funksiyası üzrə dissertasiyanı təqdim edib. 1991-ci ildə isə MDU dissertasiya Şurasında bioloji elmlər üzrə alimlik dərəcəsi üzrə namizədlik dissertasiyamı müdafiə edib.

1989-cu ildən 1997-ci ilə kimi SSR EA-nın Bitkilərin Fiziologiyası İnstitutunda (BFİ) mitoxondranın strukturu və funksiyası ilə bağlı problem üzərində çalışıb. 1997-ci ildən indiyə kimi OOO “DİS” TE və “KORVET” elmi-istehsalat mərkəzinin rəhbəridir. 60-dan çox elmi kitabın və ATF elektronlarının mexano-xemiosmotik köçürülmə əlaqəsi və sintezinin müəllifidir.


Ailəlidir, iki övladı var. Həyat yoldaşı Qasumova İrina Viktorovna bioloqdur. Oğlu Qasımov Ruslan veterinar həkimdir, qızı Qasımova Viktoriya hüquqşünasdır.
[media=http://www.youtube.com/watch?v=PgKoKnVvBi4]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.