Abşeron rayonunun Hökməli kəndində cinayət hadisəsi törədilib
Abşeron rayonunun Hökməli kəndində cinayət hadisəsi törədilib.
, hadisə noyabrın 1-nə keçən gecə baş verib.
Belə ki, Fəqani Şükürov evinin yaxınlığında 25-30 yaşlı kişi ilə aralarında baş vermiş münaqişə zəminində ov tüfəngindən atəş açaraq ona xəsarət yetirib. Daha sonra Fəqani Şükürov idarə etdiyi “VAZ-2121” markalı avtomobillə yaralını Kliniki Tibbi Mərkəzə aparıb. Ancaq yaralı şəxs xəstəxana dünyasını dəyişib.
Bundan sonra F.Şükürov könüllü olaraq Abşeron RPŞ-yə gələrək təslim olub. Cinayət əməlini törədən şəxs hadisə zamanı, istifadə etdiyi müvafiq sənədləri olan “Etro” markalı ov tüfəngini polisə təhvil verib.