Türklərlə münaqişəsi olan iki düşmən millət eyni ərazilərə göz dikib
Dünya Tanınmış kürd seperatçısı, Türkiyənin Diyarbəkir şəhərinin keçmiş meri Osman Baydemirin İrəvan səfəri ermənilərdə fərqli ovqat oyadıb.
bəzi erməni siyasətçilər kürd siyasətçini türklərə düşmənçilikdə həmrəy kimi görsə də, onun gəlişini düşmənçiliklə qarşılayanlar da var.
Ermənistanın tanınmış şərhçisi Naira Ayrumyan Osman Baydemirin gəlişinin kəşfiyyat xarakterli olduğunu vurğulayır: “Kürd dövlətinin yaradılması getdikcə reallığa çevrilir. Ermənistanda bu dövləti yaratmaq istəyənlərin real ambisiyaları barədə çox az bilirlər. Bir sıra bəyantlardan belə görünür ki, hansısa “kürd” ərazisi kimi Ermənistan da nəzərdə tutulur”.
Naira Ayrumyan vurğulayır ki, ermənilərin Qərbi Ermənistan adlandırdığı Cənub-Şərqi Anadoluya iddiaları kürdlərin maraqlarına ziddir, çünki eyni əraziyə iddia edirlər. Əslində, istər real, istərsə də tarixi hüquq baxımdan ərazi türklərə məxsusdur. Türklər 1000 il qabaq Cənub-Şərqi Anadolunu Bizansdan müharibə ilə alıblar və bu günə kimi əraziyə nəzarət edirlər. Yəni bütün beynəlxalq qanunlar Diyarbəkir, Van, Muş, Bitlis və s. vilayətlərin türklərə məxsus olduğunu təsbit edir.
Regionda yerləşən Urartuya Balkan yarımadasından gəlmiş köçəri-maldar mosxların törəməsi olan ermənilər ərazidə heç zaman müstəqil dövlət qura bilməyiblər. Türklərə qədər ərazi İran-Bizans müharibələrində daima əldən ələ keçib. 16-cı əsrdə İranın şiə qızılbaş türkmən (Azərbaycan) tayfalarının nəzarətinə keçməsindən sonra sünni olduqlarına görə Osmanlıya sığınmış kürdlər də qaçqın kimi regiona yerləşiblər. Həmin vaxtdan iki millət arasında daima toqquşmalar olub və türklər bu məsələdə həmişə sakitləşdirici olublar. 1915-ci ildə də erməniləri kürd süvarilərinin qılıncından məhz türklər xilas edib.
İndi bu iki düşmən millət türklərə məxsus əraziləri Qərbdəki havadarlarının köməyinə arxalanaraq ələ keçirmək istəyirlər. Yəni eyni torpaqları ələ keçirmək istəyən bu iki düşmən xalq axırda istər-istəməz münaqişəyə girməli olacaqlar.