Ömrünüzü uzatmaq üçün bunları edin - SİYAHI

1-11-2014, 15:33   
Ömrünüzü uzatmaq üçün bunları edin - SİYAHI
Həyatınızda edəcəyiniz bir neçə dəyişikliklə uzun ömür yaşaya bilərsiniz.

Araşdırmalara görə, siqaret çəkmək, spirtli içki içmək, idman etməmək və yetərincə meyvə-tərəvəz yeməmək ömrünüzdən düz 12 il oğurlayır.

Boşqabınızı tam bitirməyin. Araşdırmalara görə, Yaponiyadakı yaşlı qadınlar yemək yeyərkən yeməklərinin sadəcə 80%-ni bitirirdilər. Az yemək yaşlanmanı ləngidir. Tiroid hormonu maddələr mübadiləsinin yavaşlamasına səbəb olur.

Münasibətinizə önəm verin. Həftədə 2, ya 3 dəfə cinsi əlaqəyə girərək yaşam müddətinizə daha 3 il əlavə edə bilərsiz. Normasında olan təzyiqə, immunitetin güclənməsinə və sağlamlığınızı qorumağa kömək olacaq.

Televizoru söndürün. Televizorun qarşısında çox vaxt keçirməyin. 4, ya daha çox saat televizor izləyən 1-2 saat televizor izləyənə nisbətən 46% daha çox təsir görür.

Günəşdən uzaq durun: Qırışları əngəlləmək və yaşlanmamaq üçün günəşdən uzaq durun.

Söhbət edin: Dostlarınız və ailənizlə aranızda güclü bir bağ olmadan yaşamanız sizi xəstəliyə açıq edir. Təklik, depresiyyaya meylli olan insanlar üçün böyük risk təşkil edir.

Az miqdarda spirtli içki için: Gündə iki qədəh şərab ürək sağlamlığa faydalı olmaqla bərabər, həm də dostlarınızın yanında rahat davranmanıza kömək olacaq.

Meyvə və tərəvəz yeyin: Gündə 2, ya 3 dəfə meyvə-tərəvəz yeyin. Lif və vitaminlə zəngin qidalar yemək ürək xəstəlikləri riskini 76-a qədər aşağı salaraq döş xərçəngi riskini də azaldır.

İdman edin: Gənc qalmaq istəyirsizsə, gündəlik idman edin. Qaçış və idman hərəkətləri insan ömrünü 4 ilə qədər uzadır. Maddələr mübadiləsi, beyin, ürəyinizin daha yaxşı işləməsinə kömək edir. Gündə 30 dəqiqə piyada gəzinti ürək xəstəlikləri riskini azaldacaq.

Siqaret çəkməyin: Siqaret çəkməyənlərin çəkənlərdən 8 il daha çox yaşadığı müəyyən olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.