Bakıda “Porsche” markalı minik maşını ilə “avtoş”luq edən sürücü saxlanılıb.
Hüquq mühafizə orqanlarından AzNews.az-a verilən məlumata görə , hadisə Xəzər rayonu ərazisində baş verib. Belə ki, Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları xidmət apararkən Bakı sakini Nicat Abdullayevin idarə etdiyi “Porsche” markalı maşının avtoxuliqanlıq etməsi faktını qeydə alaraq onu saxlayıblar.
Avtoxuliqanlıq faktı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə sənədləşdirilib və Xəzər rayon məhkəməsinə göndərilib.
Xəzər rayon məhkəməsi Nicat Abdullayev barəsində 20 sutka inzibati həbs qərarı çıxarıb.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.