22 yaşlı gənc oğlanı evinin qarşısında ov tüfəngi ilə öldürüblər.
hadisə bu gün Abşeron rayonu Güzdək qəsəbəsində baş verib. Qəsəbə sakini 1981-ci il təvəllüdlü Fəqan Adil oğlu Şükürov öz evinin qarşısında 12 çaplı “Etro” markalı ov tüfəngindən atəş açaraq 1992-ci il təvəllüdlü Kamal Rafiq oğlu Qurbanovu öldürüb.
Məlumata görə, hadisəyə səbəb 22 yaşlı gəncin beş dostu ilə F.Şükürovun evinin qarşısından söhbət edə-edə keçməsi olub. Gənclərin söhbəti F.Şükürovun qəzəbinə səbəb olub və o evində olan ov tüfəngi ilə 22 yaşlı K.Qurbanova atəş açıb.