Bankir öz arvadını müştəri ilə yatmağa məcbur edib

1-11-2014, 19:50   
Bankir öz arvadını müştəri ilə yatmağa məcbur edib



“Voll Stritin canavarı” kokain aludəçisi imiş
ABŞ vətəndaşı olan 42 yaşlı Sage Kellinin illik maaşı 7 milyon dollardır. Sağlamlığın sığortası ilə məşğul olan “Jefferies & Company” bankına rəhbərlik edir. O, 39 yaşlı Kristian Kelli ilə evil idi. 6 və 10 yaşlarında iki qızları vardı. İndi isə onlar boşanırlar. Xanımı ərini məhkəməyə verib. İddia isə sıradan bir şey deyil. Xanım Kelli bildirib ki, əri onu “Aegerion Pharmaceuticals” şirkətinin rəhbəri Mark Birlə cinsi əlaqəyə girməyə məcbur edib. Cənab Kelli bu üsulla Mark Biri öz bankına müştəri etmək istəyirmiş.

Xanım Kellinin iddasında o da bildirilir ki, əri uşaqlara qarşı nalayiq davranış nümayiş etdirib. Bundan başqa cənab Kelli kokain istifadəçisidir. Eyni zamanda bankda çalışan bir çox şəxslərdə kokaindən asılılıq yaranıb. Və iddiaçı həmin yüksək vəzifəli bankirlərin adını məhkəməyə açıqlayıb. Qeyd edək ki, həmin bankirlər arasında UBS-ın Boston şəhəri üzrə director müavini də var.

“The Dailymai” qəzeti xanımın iddasından maraqlı parçalar da çap edib: “Gecə “Ritz Carlton Hotel”də başladı. Qrupda olan hər kəs bir xətt kokain istifadə etdi və alkoqol içdi. Yalnız Markın yeniyetmə oğulları bunu etmədilər. Onlar qısa müddət ərzində bizimlə oldular . Sonra altımız da Bjorn evinə getdik. Orada da hər kəs kokaindən istifadə etdi və alkoqol içdi”.

Bombshell revelations: According to a court filing, Jefferies Global Head of Healthcare Sage Kelly (right) had his wife Christine (left, with their daughter) have sex with one of his prospective clients

İzahatın digər yerində isə deyilir: “Tezliklə Sage və mən yatağa girib sexsə məşğul olduq. Mark və onun qız dostu ikinci yataqda eyni işlə məşğul idi. Sonra Mark dedi ki, gəlin dəyişək. Mən bilmədim ki, neyləyək. Mark təklif etdi ki, mən və onun qız dostu birgə sexlə məşğul olaq. Mən bu təklifdən məmnun deyildim. Ərimin üzünə baxdım. Sonra Markın qız dostu mənim ərimlə bir yerdə cinsi əlaqəyə girdi. Mən də Markla yatası oldum”…

Düşünün ki, “The Dailymai” qəzeti bu kimi etiraflarla doludur. Xanım Kelli etiraf edir ki, o, ərinin təkidi ilə kənar qadınlarla və kişilərdə sexsual münasibətdə çox olub..

Day in court: Sage (above leaving a Manhattan courtroom), has denied allegations of using drugs in his divorce from his wife

Qadın onu da bildirib ki, əri uşaqlarla çox pis davranırmış və onları küçə söyüşləri ilə söyürmüş: “Qızlar deyirdi ki, ana, sən atamızla danış, qoy o bir də bizə elə pis sözlər deməsin”.

Sage Kelly

Xanım Kelli deyib ki, əri o qədər alkoqola və kokainə aludə olmuşdu ki, özü də təhlükədə olduğunu hiss edirdi: "Bir dəfə mənə yalvardı ki, sən mənə kömək et, görmürsən, axı mən ölürəm”.

Christina Kelly

İfadələrdən o da bəlli olur ki, ata sadəcə qızların söymürmüş, hətta onları ölümcül vəziyyətə qədər döyürmüş. İş o yerə çatıb ki, Uşaq Müdafiə Komitəsi onun qızlarını ata-anasından alıb uşaqların baba və nənəsinə vermişdi...

Hələ ki, bu işlə bağlı dinləmələr davam edir. Ancaq bu iş bütövlükdə Amerikanı silkələmək gücündədir. Xüsusən biznes elitasındakı bir qrupun sərhədləri aşmış əxlaqsızlığı çoxlarını sarsıdıb...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.