«Məhəmməd peyğəmbər də türk olub, İsa Məsih də»

1-11-2014, 20:07   
«Məhəmməd peyğəmbər də türk olub, İsa Məsih də»“Ərəbistan yarımadasının böyük hissəsi bizim əcdadlarımızın qurduğu Parfiya dövlətinin tərkibinə daxil idi.

Türk xalqları İslam dininin yaradılmasında iştirak ediblər.

Onların tenqriçilik dini yerli əhali tərəfindən istifadə edilib. O yerli əhali ki yalnız 10-cu əsrdə adına ərəb deyilməyə başlanıb”.

Bunu qazaxıstanlı professor Kairat Zakiryanov özünün bu yaxınlarda ingiliscəyə çevrilən və Britaniyada təqdimatı keçirilən “Türk rapsodiyası” kitabında yazır.

O, Məhəmməd peyğəmbərin də türk olduğunu yazır. Bunun üçün Nizami Gəncəviyə məxsus olduğunu iddia etdiyi beytləri misal gətirir:

“Alqış sənə, Türk xalqının böyük oğlu. Sən yeddi tayfaya rəhbərlik etdin, dənizdən dənizə yürüdün. Bütün dünyada şöhrətləndin”.

Professor yazr ki, İslamı Orta Asiyaya qüreyş adlanan türk tayfası gətirdiyi üçün həmin din asanlıqla yerli türk tayfaları tərəfindən qəbul edilib.

Zakiryanov Ərəbistan yarımadasının ən qədim sakinləri olan bədəvilərin də əcdadlarının türk olduğunu iddia edir.

Kitabda xristianlıq dininin əsasını qoyan İsa Məsihin də türk olduğu, hətta Adəmlə Həvvanın da türkcə danışdığı, onları yoldan çıxaran meyvənin adının indi də Alma-atı şəhərinin adına qaldığı iddia edilir.

Zakiryanov Qazaxıstandakı İdman və Turizm Akademiyasının prezidentidir. Kitabında qeyd edilib ki, onun təhsil, riyaziyyat və fizika üzrə doktorluq dərəcələri var.

Amma onun tarixi, etnoqrafik mövzuda yazdığı kitablar birmənalı qarşılanmır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.