Avropa Birliyi elə geniş sanksiyalar tətbiq edib ki, onlar hədəfdən başqa hər şeyə təsir göstərir.
bu fikirlər Fransanın həftəlik iqtisadi dərgisi “Economie Matin”də yer alıb.
“Avropa elə sanır ki, Rusiya iqtisadiyyatı sanksiyalardan ciddi zərbə alıb. Lakin AB yəqin unudur ki, ölkə iqtisadiyyatı sanksiyalarıın təətbiqindən əvvəl “ləngiməyə” başlamışdı. Fransanın Rusiyadakı ticarət-sənaye palatasının hesabatına görə, hazırkı eniş prosesi iki il əvvəl start götürüb.
Sanksiyaların tətbiqi Rusiyanı, sadəcə, Asiya ilə iqtisadi əməkdaşlığa təhrik etdi. Avropa mallarını idxal etmək imkanından məhrum olan Rusiyanın aqrosənaye sektoru və avtomobil sənayesi Asiya texnologiyasına müraciət edir. Bu arada sanksiyaların nəticələrini Avropa özü tam mənasıyla hiss edir”, - deyə məqalə müəllifi bildirir.
“Bu, absurddur: Rusiya fermer və müəssisələrin avadanlıqlarla təchiz edən Böyük Britaniyanın aparıcı eksportçularından biri Brüsselin sanksiyalarından ciddi ziyan görüb”, - həftəlik dərgi Britaniyanın JCB maşınqayırma firmasının baş direktoru Eston Bemfordun sözlərini sitat gətirir.
Avropa Birliyinin sanksiyaları qanuni idi, lakin deyəsən, “bu dəfə də hədəfdən yan keçdi”.