İŞİD-ə ayda min xarici döyüşçü qatılır

1-11-2014, 20:25   


“Vaşinqton Post” (Washington Post) ABŞ-ın liderliyi ilə koalisiya qüvvələrinin Suriya sərhədində həyata keçirdikləri hava hücumlarının xarici yaraqlıların axınına təsir etmədiyini yazıb.

Axar.az Hurriyet.com-a istinadən xəbər verir ki, amerikalı kəşfiyyat və terrorla mübarizə işçilərinin məlumatına görə, bütün əməliyyatlara baxmayaraq, Suriyaya ayda mindən çox xarici döyüşçü daxil olur.

Bu rəqəm hava hücumları başlamazdan əvvəlki ədədlərlə demək olar ki, eynidir. İddiaya görə, sərhəddən daxil olan yaraqlı sayı hücumlardan sonra nə artıb, nə də azalıb. Amerikalı kəşfiyyat işçilərindən biri isə belə deyib: “Suriyaya gedən yaraqlıların sayı eyni qaldığına görə, onların ümumi sayında artım yaşanır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.