Artıq zaman üzrə səyahət etmək yalnız filmlərdə olmayacaq.
alimlər əmindirlər ki, 2080-ci ildə insanlar zaman üzrə səyahət edə biləcək. Və teleportasiya adi bir hal olacaq.
İmper kollecinin mütəxəssisləri hesab edir ki, növbəti yüzillikdə Harri Potter və onun gözəgörünməzlik mantisaysı haqqında, həmçinin “Ulduz yolu”, “ Kəpənək effekti” filmlərində olan uydurma hadisələr həqiqət olacaq.
“Hələ heç kim planetdə belə bir hadisənin mümkünlüyünü təsdiq edə biləcək qanun tapmayıb. Müasir texnologiyaların inkişafını nəzərə alsaq, əminliklə deyə bilərəm ki, zaman teleportasiyanı 2080-ci ildə görə bilərik”, - deyə Fizika Məktəbinin elmlər doktoru Meri Jaklin Romero bildirib.
Beş il əvvəl alimlər ilk dəfə olaraq kvant vəziyyətindəki ionu bir metr teleportasiya edə biliblər. 2010-cu ildə isə çinli fiziklər kvant vəziyyətindəki fotonu boş fəzaya ötürülməsinə dair ekspriment ediblər.