Qəzet yenidən çapını bərpa edir...
Ölkənin tirajlı və nüfuzlu qəzetlərindən biri olan “Gündəm xəbər” qəzeti maliyyə böhranı ilə əlaqədar çapını dayandırmışdı. Amma adıçəkilən qəzet yenidən oxucuları ilə görüşə gələcək.
Bu haqda “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri özünün facebook profilində məlumat verib:
“”Gündəm Xəbər” qəzetinin oxucularının nəzərinə: Bildiyiniz kimi qəzet bazarında baş verən “zəlzələ” ilə əlaqədar olaraq qəzetimiz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.Məlum olduğu kimi “Qasid”ASC, “Qaya”MMC Mətbuat yayımlarının köşkləri şəhərin gur yerlərindən yığışdırıldı və “Metro-Servis”MMC Bakı Metrosunda qəzet yayımı fəaliyyətini dayandırdı. Bu səbəblərdən yay tətilini də nəzərə alaraq qəzetimizin fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Ancaq bu sıxıntılara və maliyyə çətinliyinə baxmayaraq, “Gündəm Xəbər” qəzetini dayandırdığımız yerdən fəaliyyətini bərpa etmək istəyirik. İnanc yerimiz ancaq Azərbaycan oxucusudur. Tezliklə sizinlə bərabər olmağa tələsirik. Bizi izləyin”.