“Biz separatçıların Kiyevə hücumuna hazır olmalıyıq”.
Axar.az politnavigator.net-ə istinadən xəbər verir ki, bu açıqlama ilə “Dnepr-1” batalyonunun komandiri Yuri Beryoza çıxış edib.
O, Rusiyanın aktiv şəkildə separatçılara dəstək verdiyini deyib:
“22 avqustda “Donetsk Xalq Respublikası”nın silahı, resursları bitmişdi. Ayın 23-də Putin bura 2 briqada göndərdi və III Dünya Müharibəsi başladı. Mən yenə də inad edirəm ki, o artıq başlayıb. Əgər biz xalqı müharibəyə öyrətməsək, sabah 10 saatdan sonra rus “Qrad”ları Kiyevin yaxınlığında olacaq”.