Ortodoks kilsəsinin rahibləri 2014-cü ilə aid təqvimini eynicinslilərin nikahı məsələsinə ayırıb.
homoseksuallara qarşı ictimaiyyətdəki sərt reaksiyalara qarşı hazırlanmış “Orthodox Priests” adlı təqvim məcmuəsinin dərc edilməsi dünyada homofobiyanın artması ilə əlaqədardır. Rusiya prezidentinin homoseksuallara qarşı çıxışından sonra onlara qarşı baş verən fiziki təzyiqlərin görüntülərinin də təqvimdə yer alacağı bildirilib. “Ortodokos rahiblər” kimi tərcümə edilən təqvimin daha əvvəlki sayında İncil oxuyan yarıçılpaq oğlanın başqa bir oğlana bədənini nümayiş etdirməsi əks olunub.
Bir qrup Ortodoks tərəfindən hazırlanan təqvimdə poz verən manekenlərdən biri İncil oxuyur, biri rahibin önündə əyilir, bir başqa fotoda isə, rahibin eynicinslilərin nikah tortunun dadına baxdığı göstərilir. Bununla onlar ortodoks kilsəsinin homoseksuallığa olan mülayim davranışını başqalarından da gözlədiyini bildirib.
Təqvimi hazırlayanlar fotolarda çəkilən şəxslərin model olduğunu və heç birinin rahib olmadığını bildirməklə bərabər, sosial mesaj vermək üçün səhnələşdirmə üsulundan istifadə etdiklərini bildiriblər.