Yezidi kürdlərin meyitləri yerin altından üzə çıxıb.
Axar.az xəbər verir ki, İraq İnsan Haqları Nazirliyi Mosulun Şenqal bölgəsində İŞİD-in kütləvi şəkildə öldürüb basdırdığı yezidi kürdlərinin cəsədlərinin yerin altından çıxdığını bildirib. Hadisənin baş verməsinə səbəb isə güclü yağış olub.
Nazirlik sözçüsü Kamil Əmin İŞİD-in qətlə yetirib basdırdığı adamların kimliklərinin məlum olması yönündə ciddi şəkildə araşdırmaların başlanıldığını bildirib.
Qeyd edək ki, BMT-nin İraq nümayəndəsinin açıqladığı son statistikada İraqda İŞİD tərəfindən 9 min 347 nəfərin öldürüldüyü, 17 min 386 nəfərin isə yaralandığı vurğulanıb.