Dünyanın ən seksual qadınlarından olan Adriana Lima 12 iyun 1981-ci ildə Salvadorda dünyaya gəlib. 6 aylıq ikən atası Nelson Torres ailəsini tərk edib. Limanı anası tək böyüdüb.
15 yaşı olanda Lima “Supermodel of the world” yarışmasında ikinci yeri qazanıb. 17 yaşında “Elite” agentliyi ilə müqavilə bağlayaraq Nyu Yorka köçüb. Elə həmin vaxtdan
Müxtəlif dəb nümayişlərində iştirak edir.
Valentino, Emporio Armani, Alexander McQueen, Christian Dior, Versace, Givenchy, Louis Vuitton, Prada, Sean John, Christian Lacroix, Randolph Duke, Balmain, Fendi, Ralph Lauren, M. Officer, Anna Sui, Escada, Walter Rodrigues, Betsey Johnson, Richard Tyler, Paco Rabbane, Mark Eisen, Luca Luca, Zoomp, Dossi Dossi, Emanuel Ungaro, Vera Wang kimi məşhur moda evlərinin geyimlərini nümayiş etdirib.
Donna Karan, Bera Vanq, Kristian Dior, Aleksandr Makkuin, Anna Syu, Kristian Lakrua kimi tanınmış dizaynerlərlə çalışıb.
2000-ci ildə “Victoria’s Secret” mələklərindən biri seçilib. 2008-ci ildə şirkətin dəyəri 5 milyon dollar olan “Black Diamond Fantasy Miracle Bra”, 2010-cu ildə dəyəri 2 milyon dollar olan, 60 karat ağ brilliantdan, 82 karat topaz və sapfirdən hazırlanan “Bombshell Fantasy Bra” büstqalterini təqdim edib.
Məşhur braziliyalı topmodel 2009-ci il fevralın 14-də basketbolçu Marko Yariçlə ailə qurub. Cütlüyün iki qızı dünyaya gəlib. Lakin 2014-cü ilin mayında “Victoria`s Secret”in mələyi ilə basketbolçu rəsmən boşanıb. Basketbolçu Yariç dəfələrlə gündəmə supermodelə xəyanət etməsi ilə gəlmişdi.
33 yaşlı topmodel Adriana Lima bu günlərdə “Versace Riachuelo”in şəxsi siması seçilib. Sosial şəbəkədə Limanın çəkildiyi reklam çarxından iki şəkil yayılıb. Şəkillərin müəllifi məşhur feşn-fotoqraf dueti Mert və Markusdur.