Xəbər verdiyimiz kimi, Ermənistanın müdafiə naziri Seyran Ohanyan verdiyi açıqlamada əsirlərin dəyişdirilməsi prosesinin Ermənistanla Azərbaycan arasında birbaşa təmasların olmaması ucbatından çətinləşdiyini bildirib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Sergey Ohanyanın tərəflər arasında inam atmosferinin artması fikrinə cavab olaraq bildirib ki, bu, yalnız Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilmiş torpaqlarımızdan işğalçıların tamamilə və qeyd-şərtsiz çıxarıldığı halda baş tuta bilər.