Skandinaviya ölkələri Rusiyaya qarşı birləşir.
Axar.az xəbər verir ki, bu iddia ilə “Regnum” agentliyi çıxış edib.
Məlumatda Skandinaviya ölkələrinin birləşməsinə əsas səbəb kimi son günlər Rusiya bombardımançı təyyarələrinin qonşu ölkələrin sərhədlərini pozması göstərilib.
Qeyd edək ki, son günlər Rusiyanın Tu-95 bombardımançı təyyarələri bir neçə dəfə Danimarka, Estoniya və digər Şimali Avropa ölkələrinin hava sərhədini pozub.