Suriyada gedən döyüşlərdə Əsəd tərəfindən vuruşan cənubi asiyalı döyüşçülər var.
Axar.az xəbər verir ki, Cənubi Asiya ölkələrindən - Butan, Nepal, Maldiv, Banqladeşdən Əsəd ordusunda peşəkarlar vuruşur. İŞİD-ə qarşı mübarizədə Suriya ordusuna qatılan cənubi asiyalı döyüşçülərin fotoları Türkiyə mediasında yer alıb.
Bildirilir ki, Şri-Lanka, Pakistandan da Əsəd ordusuna qatılanlar var.
Artıq Suriya böyük müharibənin poliqonuna çevrilib. Ölkədə üç ildən çoxdur davam edən savaşlarda müxtəlif qruplaşmalar, terrorçu təşkilatlar, ayrı-ayrı ölkələrdən gələn silahlılar vuruşurlar.