“Avropa bazarlarına çıxışı olan enerji diversifikasiyasına kömək edə bilsək, biz enerji təhlükəsizliyini daha çox təmin edə bilərik. Avropa ölkələrinin Rusiyadan asılı olmaması üçün əlimizdən gələni etməliyik”. Bu sözləri ABŞ Dövlət katibi Con Kerri Vaşinqtonda çıxışı zamanı söyləyib. Qeyd edək ki, ABŞ Avropa İttifaqının Rusiyadan aldığı qazı ödəmək üçün hazır olduqlarını bildirib. Lakin ABŞ hələ ki, öz ərazisindən enerji resurslarının ixracına başlamayıb.