Fələstin qaçqını internetdən götürdüyü video təlimatla öz üzərində cərrahi əməliyyat apararaq cinsiyyətini dəyişmək istəyib.
ANS PRESS-in məlumatına görə, hadisə Livanın Sidon şəhərində baş verib. Şəhər xəstəxanasına qaçaraq soxulan kişi ağrıdan bağıra-bağıra əlindəki polietilen torbanı həkimlərə verib.
Torbada kişinin kəsilmiş xayası olub. Pasient həkimlərə danışıb ki, öz üzərində cinsiyyətini dəyişmə əməliyyatı aparmaq istəyib. Bu zaman tərəfdaşının “Youtube”dan götürdüyü videoya əsaslanmaq istəyib. Videoda bu cür əməliyyatları aparmaq qaydası təsvir edilibmiş.
Əməliyyat masasına uzanan fələstinli həkimdən əməliyyatı başa çatdırmağı xahiş edib. O isə bundan imtina edib.
Hazırda yerli hüquq-mühafizə orqanları məsələ ilə bağlı istintaqa başlayıblar.