“Əbu-Bəkr” məscidinin imamı, sələfilərin lideri Hacı Qamət Süleymanov Məhərrəmlik haqda çıxış edib. Beynəlxalq Mədinə İslam Universitetinin məzunu olan Hacı Qamət Məhərrəm ayı və Aşura gününün özəlliklərindən danışıb.
noyabrın 1-də yerləşdirilən video çıxışda əhli-sünnə olmasına baxmayaraq, Hacı Qamət bu ayın haram olduğunu deyib. O bu aydan bu ayda müharibə etməyin doğru olmadığını bildirib:
“Peyğəmbər bu ayı başqalarından fərqləndirib. Deyib ki, Məhərrəmlik Allahın ayıdır. Ramazandan sonra Allahın ayında olan Məhərrəmdir. Bu ayda hicrət başa çatıb”.
Hacı Qamət Aşura günü oruc tutmağın mümkün olduğunu qeyd edib:
“Bu, müstəhəbdir. Aşura orucu keçmiş günahları yuyur. Bizdə Aşura ayın 4-ü qeyd olunacaq. Ayın 3, 4 və 5-i kim istəsə oruc tuta bilər. Bu ay bizə həm də Ömər Xəttabı yada salır”.
[media=http://www.youtube.com/watch?v=r5-mbZKXloU]