"Bir ABŞ gəmisini 50 saniyəyə batırmaq gücünə sahibik".
bu barədə İran Dəniz Qüvvələri komandiri admiral Əli Fədəvi deyib.
Fədəvi Amerika gəmisinin Bəsrə körfəzindən çəkilməsinin lazım olduğunu deyərək ABŞ-ı təhdid edib:
"Bəsrə və Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün ABŞ-ın bölgədəki hərbi varlığına son qoymalıyıq. Körfəzdə olan ABŞ gəmilərinin batırılması istiqamətində təlimlər keçdik. Bir ABŞ gəmisini 50 saniyəyə batıra bilərik".