Şiələrin mərasiminə hücum- 12 ölü, 29 yaralı

2-11-2014, 23:25   
Şiələrin mərasiminə hücum- 12 ölü, 29 yaralı



Bağdadda bomba partlayışı 12 nəfərin ölümünə səbəb olub.


şiə müsəlmanlarının mərasimini hədəf alan hücum zamanı 29 adam yaralanıb. Partlayışın kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

İraqın bir çox bölgəsini ələ keçirən İŞİD terrorçu qruplaşmanın yaraqlıları şiələrə qarşı son günlər hücumlar həyata keçirir.

Bu arada ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri İŞİD-in Suriya və İraqdakı mövqelərinə qarşı havadan zərbələr endirib.

Suriyanın Kobani şəhərində yaraqlıların 5 mövqeyi dağıdılıb. İraqda isə 2 hava hücumu həyata keçirilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.