Ali-Aliy_evAlı Alıyevin ehsan islahatları Fizuli rayonunda aranı qata bilər
Son zamanlar ölkə boyu aparılan ehsan islahatları bir tərəfdən vətəndaşların dəstəyini qazansa da, digər tərəfdən müəyyən narazılıqların yaranmasına da səbəb olur. Belə ki, bir çox yerlərdə icra strukturları polisin dəstəyi ilə yas məclislərinə kobud müdaxilələr edir və bu da lokal etirazlara yol açır.
anaxeber.info-a daxil olan məlumatlara görə, ehsan islahatlarının ciddi narazılıq törətdiyi rayonlardan b iri də Fizulidir. Mənbəmizin sözlərinə görə, Fizuli rayonunda ehsan zamanı israfçılığın qarşısının alınması məqsədilə həyata keçirilən profilaktik tədbirlər yerli sakinlərin etirazına səbəb olmaqdadır.
Saytımızı məlumatlandıran mənbə iddia edir ki, hətta bununla bağlı Fizuli RİH başçısı Alı Alıyev ciddi şəkildə təhdid olunub: “Bir müddət öncə Fizuli rayonunun Böyük Bəhmənli kəndində düşmüş yasa İcra Hakimiyyətinin müdaxiləsi böyük qarşıdurma yaradıb. Buna səbəb isə cavan övladını itirmiş ailəyə yas mərasimində el adətincə ehsan verməyin qadağan olunmasıdır. Həmin vaxt icra başçısı Alı Alıyevin göstərişi ilə ehsan üçün nəzərdə tutulan xörək qazanları ocağın üstündən götürülərək müsadirə olunub və aparılan danışıqlara baxmayaraq qərar dəyişilməyib. Baş vermiş olaydan ciddi sarsıntı keçirən yas sahibi isə kütlənin içərisində açıq şəkildə bəyan edib ki, bundan sonra Fizuli rayonunda kimsə ehsan verəcəksə onun ilk işi icra başçısı Alı Alıyevi güllələmək olacaq”.
Mənbəmiz eyni zamanda iddia edir ki, rayondan sakinlərin bu və ya digər qəbildən olan etirazlarını yönləndirən maraqlı qüvvəllər də var. Onlarda biri isə Süleyman adlı çox nüfuzlu iş adamıdır ki, onun da məqsədi Fizuli rayonu İcra Hakimiyyəti postuna sahiblənməkdir.
Bu istiqamətdə araşdırmalarımız davam edir və mövzuya qayıdacağıq.
Qarşı tərəfin də mövqeyin dərc etməyə hazırıq.