Din İlahiyyatçı Elşad Miri narazılığa səbəb olan açıqlamalar verib.
Elşad Miri müsahibələrinin birində bildirib ki, Məhərrəmlik ayında toyla bağlı bir qadağa yoxdur: "İslamda hər hansı ayda, gündə toyla bağlı bir qadağa yoxdur. 124000 peyğəmbər ölübsə belə çıxır ki, onların hər birinə yas saxlamalıyıq?".
İlahiyyatçı, "Karvan" jurnalının baş redaktoru İsmayıl Əhmədov Elşad Mirinin bu fikirləri ilə razı olmadığını bildirib.
İ.Əhmədov bildirib ki, Elşad Miri bu fikirləri səsləndirməklə hər zaman olduğu kimi bu dəfə də İlahiyyatdan anlayışının olmadığını nümayiş etdirdi.
İlahiyyatçı fikrini belə əsaslandırdı:
1. Əvvəla nə sünnü, nədə şiə fiqhində belə bir qadağa olmamış, indinin özündə də yoxdur... (bunu bilmək üçün İslam fiqhindən də son dərəcə xəbərsiz olmaq lazım idi..)
2. Peyğəmbərlərə gəlincə, Quranda adı keçən 25 peyğəmbərin hamısı eyni səviyyədə təqdim olunmur. Biri elmi, biri möcüzəsi, biri səltənəti və s təqdim olunur... (bunu bilmək üçün Quran oxumaq lazım idi)
3. Sual oluna bilər: Məgər matəm etmək üçün şəxsin mütləq faciəvi şəkildə vəfat etməsi lazımdır? Cavab: Xeyr buna heç bir ehtiyac yoxdur. Amma şəxsin və o cümlədən Peyğəmbərin hansı şəraitdə, kimlər tərəfindən, hansı məqsədlə öldürüldüyünə və ölümünün nə ilə nəticələndiyinə diqqət yetirmək lazımdır ki, Elşad Mİri bunada diqqət yetirə bilməyib... Əfsus
4. İmamları məsum hesab edən şiə müsəlmanlarının özləri belə digər imamların şəhadətini İmam Hüseynin faciəvi şəhadəti kimi qeyd etmirlər...
5. Hİcrətin 61-ci ilinə qədər Məhərrəm ayı matəm ayı kimi qeyd olunmazdı və buna Kərbəla faciəsi səbəb olur. Tarixdə misli olmayan faciə!
6. 1990-ci ilin yanvar ayının 20 qədər ölkəmizdə həmin gün matəm günü kimi qeyd olunmazdı... Əgər Elşad Miri bunu da qəbul etmirsə demək onda vətənpərvərlik hissi də ölüb...
7. Sünni və şiə mənbələrində Peyğəmbərin (s.a.s) İmam Hüseynin doğum günü faciəvi şəhadətindən xəbər verməsi birdaha hadisənin qeyri adiliyəndən xəbər verir ki, Elşad Miri bunu da nəzərdən qaçırır.
8. Hər iki məzhəbin mənbələrində Peyğəmbərin (s.a.s) İmam Hüseynin qiyamının qiyamətə qədər qeyd olunmasına dair xüsusi göstərişlərin verilməsi (bunun üçün tarix oxumaq lazım idi)
9. Məhərrəmlikdə yas saxlamaqdan məqsəd İmam Hüseynin zillət bizdən uzaqdır şüarının yaşadılması.
Əgər bundan sonra da Elşad Miriyə nəsə qaranlıq qalarsa, başa salmağa hazıram.