Keşlə suyun altında qaldı - Fotolar

3-11-2014, 10:12   


Dünəndən bəri Bakıya yağan yağış Keşlə qəsəbəsini fəlakətlə üz-üzə qoyub.

Axar.az xəbər verir ki, qəsəbədə bütün evləri su basıb, həyətlər, mənzillərin içərisi gölə çevrilib. Qəsəbədə sanki yağış yağmayıb, sel-daşqın fəlakəti yaşanıb.

Keşlədə "Avromed"in mərkəzi ofisinin ətrafında olan bütün evlərdə acınacaqlı vəziyyət yaranıb. Məlumata görə, kollektorların suyu çəkmədiyi səbəbindən yağış suları evlərin içinə dolub. Jurnalist Məhəmmədəli Qəribli Feysbuk səhifəsində yazıb ki, Nizami Rayon İcra Hakimiyyəti bu problemə biganə yanaşır:

“Mənim də atamgilin evi burdadır. Gecə saat 3-dən sonra bu vəziyyətdir. Yalnız yerli icra nümayəndəsindən başqa heç kim sakinlərin problemi ilə maraqlanmır. Sakinlər problemin yaranmasına başlıca səbəb kimi “Audi Center”in kollektorun üzərində özünə ofis tikməsini göstərir. Jurnalistlərdən xahiş edirəm ki, bu məsələni işıqlandırsınlar. Nizami Rayon İcra Hakimiyyəti bu məsələyə çox biganə yanaşır”.

Axar.az Keşlədən fotoları təqdim edir:

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.