Barel bombaları 232 nəfərin ölümünə səbəb oldu - FOTOLAR

3-11-2014, 10:54   

Suriyada “Əsəd daha inamla ayağa qalxır”
“Agence France-Presse”nin məlumatında deyilir ki, Suriya ordusu son həftələr ərzində barel bombalarından istifadəyə yenidən start verib.


Buradaca qeyd edək ki, barel bombaları neft və ya su çəlləklərindən istifadə etməklə yaradılır. Çəlləklərin içində yüksək səviyyədə partlayış törədə bilən müxtəlif kimyəvi tərkibli maddələr doldurulur. Sonra isə həmin çəlləklər helikopter və ya uçaq vasitəsi ilə havadan hədəf alınmış ərazilərə atılır. İlk dəfə barel bombalardan cənubi Sudanda istifadə olunub. Suriyada da Bəşər Əsəd rejimi bu bombalardan həvəslə yararlanır...

Nəticədə mülki şəxslər arasında ölən və yaralananların sayı kəskin şəkildə artıb. Bundan başqa dağıntıların əhatə dairəsi xeyli genişlənib.



Agentlik bildirir ki, son iki həftədə Suriya ordusu üsyançıların üzərinə 401 ədəd barel bombası atıb. Bu barədə Suriya İnsan Haqları təşkilatının monitorinq qrupunun fəalı Yassin Abu Raed məlumat verib. Aleppo vilayətinin Anadan şəhərindən verilən xəbərdə cənab Raed deyib ki, onların evi 3 dəfə barel bombalarından silkələnib, pəncərələrin şüşələri sıradan çıxıb: “Son barel bombası isə evimizi külə döndərdi. İndi evimizin yerində dağıntı qalıb. Haraya baxırsansa, meyit görürsən. Dörd tərəfdə evlər xaraba qalıb. Sağ qalanlar bu qətliamın nə vaxtsa bitəcəyinə belə ümid etmirlər. Burada insanların qırılması heç kimin vecinə deyil. Dünyanın bizdən heç xəbəri də yoxdur”.



Son məlumata görə, oktyabrın 20-sindən üzü bəri Suriya ordusu barel bomba hücumları ilə 232 nəfərin ölümünə səbəb olub.

“Agence France-Presse” bildirir ki, Əsəd rejimi barel bombalarından 2012-inci ildən istifadə edir.



Bu günlərdə helikopter barel bombalarını qaçqın düşərgəsinə atıb. 10 nəfərdən çox adam ölüb. Nə qədər insan diri-diri yanıb.

Suriya İnsan Hüquqları mərkəzinin “YouTube”da yaydığı video materiallarda tikə-parça olmuş insan bədən hissələri adamı dəhşətə gətirir.

A man holds a child that survived from under rubble, after what activists claim was five air strikes by forces loyal to Syria's President Bashar al-Assad in Douma

ABŞ Suriya ordusunun barel bombalarından istifadəsini “barbar” hərəkət kimi dəyərləndirib.
İsmail al-Həsən könüllü olaraq tibb işçisi kimi çalışır. O, agentliyə bildirib ki, barel bombardımanından sonra xəstəxanaya o qədər yaralı gətirilib ki, onları yerləşdirməyə belə yer yoxdur: “Dəhşətli çətinliklərlə üzləşmişik. Barel bombalarından daha çox qadınlar və uşaqlar əziyyət çəkirlər. Tibb personalı da dəhşətli vəziyyətə düşmüş insanları müalicə edərkən psixoloji sarsıntılar keçirir.

Injured children rest in a field hospital after air strikes near Damascus

Belə görüntülərə baxmaq mümkün deyil. Düşünün, bədəninin böyük bir hissəsi yanmış körpəyə biz heç bir tibbi yardım etmədik. Çünki onu xilas etmək mümkünsüz göründü. Onun əvəzinə kimi xilas etmək mümkündürsə, ona yardım etdik. Belə ağır seçim qarşısında qalanda insan məhv olur”...

Həsən də digər suriyalılar kimi hesab edir ki, Qərb onlara Əsədlə mübarizədə dəstək vermədi: “Bizim müttəfiqimiz yalnız Allahdır. Başqa kimsəmiz yox”.

Agentlik qeyd edir ki, BMT Təhlükəsizlik Şurasının fevral ayında çıxardığı qərarda deyilir ki, Suriyada gedən vətəndaş müharibəsində bütün iştirakçı tərəflər mülki insanlara qarşı hərbi əməliyyatlardan çəkinməlidir. Qərarda barel bombalarından istifadə xüsusi bəndlə pislənilir.

Residents inspect a site damaged by what activists said were barrel bombs dropped by forces loyal to Syria's President Assad in Al-Fardous

Suriya hökuməti barel bombalarından istifadə etmədiyini bildirir və vurğulayır ki, onların yeganə hədəfi terrorçulardır.

Agentlik xatırladır ki, hazırda ABŞ və müttəfiqləri, xüsusən Körfəzdəki ərəb ölkələri Suriyada islamçılara qarşı hava zərbələri həyata keçirirlər. Bu fürsətdən istifadə edən prezident Əsəd öz mövqelərin möhkəmləndirir və rəqiblərini daha böyük qəddarlıqla məhv edir. Dünya ictimaiyyəti isə yalnız İraq və Suriyada İŞİD-ə qarşı gedən müharibəyə maraq göstərir.

A man, injured from what activists say were air strikes by forces loyal to Syria's President Assad, reatcs in a hospital in Douma

Suriyanın Qərbyönümlü müxalifəti deyir ki, Əsədi tənqid etmək çox azdır: “ABŞ hələ də Əsədi tənqid edir, amma ona qarşı konkret bir iş görmür. Ona görə də Əsəd rejimi getdikcə hərbi uğurlarını artırır və daha inamla ayağa qalxır”...





Barel bombaları 232 nəfərin ölümünə səbəb oldu - FOTOLAR
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.