İŞİD İraqın Ənbar şəhərində yüzlərlə sünnini qətlə yetirib.
İraq hökumətinin verdiyi məlumata görə, terrorçular Əlbu Nimr tayfasına mənsub 322 sünnini qətlə yetirib.
Məlumatda bildirilir ki, vilayətin ayrı-ayrı ərazilərində terrorçular 50 nəfəri öldürərək quyulara atıb, 65 adamı isə zorla öz tərkibinə qatıb.
Öldürülənlər arasında qadın və uşaqların da olduğu bildirilir.
yerli tayfa mənsubları bir müddət öncə İŞİD-in ötən ay ələ keçirdiyi Hit şəhərindən şimaldakı Ras al Maa kəndinə köç etmişdi.
Xatırladaq ki, terrorçuların sünnilərə qarşı qətliam törətməsi ilk dəfə deyil. Təşkilat daha öncə Suriyanın şimalında yerləşən Kobanidə bu cür qırğınlar törətmiş, edam görüntülərini sosial şəbəkələrdə paylaşmışdı.