Simic müğənni anasına rentgen pulu vermədi
Şou-biznes Tanınmış türk müğənnisi Əmrah haqqında daha bir iddia ortaya atılıb. Xəsisliyi ilə seçilən müğənninin bu dəfəki addımı hamını şoka salıb. bu dəfə müğənninin anası onun simicliyindən payını alıb.
İddialara görə, müğənninin yaşlı anasının səhhətində problem yaranıb. Belə ki, Əmrah və anası rentgen çəkdirməyə gediblər. Lakin bu xidmət üçün ondan 250 lira (təqribən 120 manat) ödəniş istəyiblər. Müğənni məbləği eşitdikdən sonra rentgen çəkdirmək fikrindən daşınıb.
Bu iddianı "Söylemezsem Olmaz" proqramının aparıcılarından olan Oya Aydoğan səsləndirib.
Qeyd edək ki, bu müğənninin xəsisliyi haqqında yayılan ilk xəbər deyil. Belə ki, bir necə gün öncə Əmrah hamilə həyat yoldaşını restorana aparıb. Lakin o restorana getməmişdən öncə menecerinə rəhbərliyə zəng etdirib və ondan pul tələb edilməməsini xahiş etdirib.
Qazancını daşınmaz əmlaka yatırdan müğənni hətta 20 yaşlı oğluna belə pul ödəmir. Belə ki, müğənninin gənclik illərində sevgilisindən olan oğlu həyatda qala bilmək üçün restoranlarda qabyuyan, ofisant kimi işləyir.