Qəbula gələn şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər
Növbətçi Daxili İşlər Nazirliyinə işçi qəbulu elan edir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olanlar müraciət edə bilərlər.
Müraciət edənlərin yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan rayon sakinləri ola bilər.
Müraciət edənlər 29 noyabr 2014-cü il tarixdə saat 12.00-da Sumqayıt şəhər Polis İdarəsində Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən qəbul ediləcəklər.
Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.