İcra başçısı qohumuna maşın bağışlamaq üçün nəyə əl atıb?

30-04-2014, 11:07   
İcra başçısı qohumuna maşın bağışlamaq üçün nəyə əl atıb?
Qəzənfər Ağayev Astara Mərkəzi Xəstəxanasının adına dəftərxana ləvazaimatı almaq adı ilə 41 min manat pul silib

Astaranın icra başçısı Qəzənfər Ağayev yaxın qohumlarından birinin ad günü münasibəti ilə ona maşın bağışlamaq qərarına gəlib. JAM.AZ xəbər verir ki, həmin maşının qiyməti isə 40 min manat civarında olub. Amma başçı bu məbləği öz cibindən xərcləmək istəməyib.

Qəzənfər Ağayev sözügedən maşını almaq üçün gərəkən pulu Astara Mərkəzi Xəstəxanasının ayağına yazıb. Daha doğrusu, tender keçirib, xəstəxanaya dəftərxana ləvazimatları alınması adı altında 41 min manat pul siliblər.

Qeyd edək ki, bu açıq şəkildə korrupsiya elementi olsa da, hər hansı bir rəsmi araşdırma aparılmır və aparılmayacaq. Çünki hər şey icra başçısı ilə baş həkimin istəyi əsasında reallaşıb. Ortada qazanan isə icra başçısının qohumu olub…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.