Məşhur azərbaycanlı aktrisadan maraqlı açıqlama
Şou-biznes "Falçıya nə vaxt ərə getməyimi öyrənmək üçün getmişəm". bu açıqlamanı "Günə Baxan"ın qonağı olan aktrisa Xuraman Əlizadə deyib.
Aktrisa çıldağa, cindara, sınıqçıya inanmadığını deyib. Onun sözlərinə görə, falçı xidmətinə gənc yaşlarında, tələbəlik dövründə müraciət edib. "Hər şey Allahın qədər-qismətidir. Getdiyimiz qadın kasıb bir evdə yaşıyırdı. Yaşa dolduqdan sonra anladım ki, əgər belə gücü olsaydı o cür kasıb şəraitdə yaşamazdı".
X.Əlizadə Nardarandan olduqlarını deyib. Onun sözlərinə görə, atası savadlı olsa da falçı, çıldağ, çöpçüyə inanardı, anası isə yox. "Bir şey olan kimi deyirdi uşağı sınıqçıya, çıldağa aparaq. Amma biz heç vaxt ele yerlərə getməmişik. Bundan sonra da mən çıldağa getmərəm".