“Əgər Rusiya Donbasda keçirilən saxta seçkiləri tanıyacaqsa, bu, Avropa İttifaqı və bütün Minsk razılaşmasına inananlar üçün şillə olacaq”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə İsveçin Xarici İşlər naziri Karl Bildt öz Tvitter səhifəsində çıxış edib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi bu gün Donetsk və Luqanskda keçirilən seçkilərin baş tutması ilə bağlı açıqlama yaymışdı.