"Kurtlar Vadisi Pusu" serialının qəhrəmanının səhhəti ilə bağlı məlumat yayılıb
Kino "Kurtlar Vadisi Pusu" serialının qəhrəmanı Polat Alemdar rolunu canlandıran Necati Şaşmazın səhhəti ilə bağlı məlumat yayılıb.
Medical Park Göztepe Xəstəxanasının həkimi Ünal Bayız serial çəkilişində qəza keçirən aktyorun çənəsində uğurlu əməliyyat aparıldığını açıqlayıb:
"Necati Şaşmaz filmdə canlandırdığı Polat Alemdar qədər güclüdür".
Serial çəkilişi əsnasında avtomobilinin sürüşməsi və divara çırpılması nəticəsində baş nahiyəsindən zədə alan Necati Şaşmaza çəkiliş platformasında gözləyən ambulansda dərhal ilk müdaxilənin edildiyini və xəstəxanalarına gətirildiyini bildirən Ünal Bayız bunun aktyor üçün böyük şans olduğunu deyib.
"Klinikamıza gəldiyi andan etibarən Şaşmazın səhhətində həyati təhlükə təsbit etmədik, şüuru yerində idi. Lazımlı hazırlıqları edərək bazar günü onu əməliyyata aldıq, çənəsində təsbit edilən qırıqlar müvəffəqiyyətli bir şəkildə əməliyyat olundu. Hazırda lazımı müalicələr almaqdadır".
Klinkadan Necati Şaşmazın nə vaxt sağalacağı ilə bağlı dəqiq məlumat verilməsə də, aktyorun bu müddət ərzində yalnız maye qidalar qəbul etməli olduğunu bildiriblər.